Fleur Alpine
AZ
Unikal yenilik. Fleur Apine - uşaqlar üçün tomatlı souslar
08/23/2022
Unikal yenilik. Fleur Apine - uşaqlar üçün tomatlı souslar

Unikal yenilik. Fleur Apine - uşaqlar üçün tomatlı souslar

Uşaq qida bazarında yeni kateqoriyanı – uşaqlar üçün tomatlı sousları təqdim edirik. Yeməyə xoş bir dad verən, kaloriliyini artıran və körpənin iştahını yaxşılaşdıran dadlı əlavə. Bu məhsullar makaron, düyü və ya ət, balıq və tərəvəz yeməklərinə əsas sous kimi əlavə olaraq istifadə edilə bilər.

1. Uşaq leçosu tərəvəzli
Şirin qırmızı bibərin kiçik dilimlərindən ibarət zərif konsistensiyaya malikdir. Xoş və tərəvəz ətirlidir. Sousun dadında şirin bolqar bibəri və yerkökü çalarları hiss olunur.

Təkibi:
tomat püresi* (pomidor*, turşuluq tənzimləyicisi: limon duzu), alma şirəsi*, qırmızı şirin bibər*, yerkökü*, ilkin soyuq sıxılma üsulu ilə hazırlanmış zeytun yağı*, sarmısaq*, reyhan*.
*orqanik kənd təsərrüfatı AB ( №834/2007, № 889/2008 AB qaydalarına) qanunlarına uyğundur

2. Tərəvəzli İtalyan məhsulu
Eyni kütləli (homojen) püre konsistensiyasına malikdir. Sousun ətri zəngin, ədviyyatlıdır. Cəfəri və sarımsaq çalarları üstünlük təşkil edir. İncə turş, pomidor dadındadır.

Təkibi:
tomat püresi* (pomidor*, turşuluq tənzimləyicisi: limon duzu), balqabaq*, alma şirəsi*, soğan*, ilkin soyuq sıxılma üsulu ilə hazırlanmış zeytun yağı*, sarmısaq*, cəfəri*.
*orqanik kənd təsərrüfatı AB ( №834/2007, № 889/2008 AB qaydalarına) qanunlarına uyğundur

3. 9 tərəvəzli
Zərif konsistensiyaya məxsusdur. Ətri və dadı - qatı tərəvəzlidir.

Təkibi:
pomidor ləti*, (pomidor*, tomat şirəsi*, turşuluq tənzimləyicisi: limon duzu), yerkökü*, yaşıl noxud*, soğan*, şomu*, balqabaq*, qabaq*, kərəviz*, badımcan*, tomat püresi* (pomidor*, turşuluq tənzimləyicisi: limon duzu), qırmızı şirin bibər*, ilkin soyuq sıxılma üsulu ilə hazırlanmış zeytun yağı*.
*orqanik kənd təsərrüfatı AB ( №834/2007, № 889/2008 AB qaydalarına) qanunlarına uyğundur

  • Sousların tərkibi təmizdir – onlarda duz, şəkər, sirkə, yandırıcı ədviyyatlar, artıq yağ miqdarı, karbohidratlar və uşağın orqanizmi üçün arzuolunmaz qida əlavələri yoxdur.
  • Sousların tərkibindəki ilkin soyuq sıxılma üsulu ilə hazırlanmış zeytun yağı uşaq orqanizminin bitki yağlarına olan gündəlik tələbatının 19%-ni ödəyir*.
  • Şüşə qablaşdırmanın həcmi 95 q-dır. Bu, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) Qidalanma İnstitutu tərəfindən tövsiyə olunur və sousu uşağın qida rasionuna tədricən daxil etmək üçün əlverişlidir.
  • Böyüklər sousun təbii tərkibini və xalis tərəvəz dadını, həmçinin aşağı kaloriliyini yüksək qiymətləndirəcəklər.
  • Fleur Alpine tomat sousları İtaliyanın cənubunda, Apuliya bölgəsində, təbii üsulla acıq sahələrdə yetişmiş, yalnız yerli tomatlardan hazırlanır.
  • Tomat sousları Fleur Alpine pastasına və bir çox başqa yeməklərə əla əlavədir.

*RUSİYA FEDERASİYASINDA 1 və 3 YAŞ HƏDDİ ARASINDAKI UŞAQLARIN QİDALANMASININ OPTİMİZASİYA PROQRAMININ tövsiyələrinə uyğun olaraq

Fleur Alpine-nin yeni məhsulları mağaza rəflərində tədricən görünəcək. Əlavə məlumatı əldə etmək üçün saytın əsas səhifəsində və ya sosial şəbəkələrimizdə qeyd olunan qaynar xəttimizə zəng etməklə əldə edə bilərsiniz.

MÜHÜM MƏLUMAT: yeni məhsulları təqdim etməzdən əvvəl uşağı müşahidə edən və onun sağlamlığının bütün xüsusiyyətlərini bilən pediatrla məsləhətləşmək lazımdır.




© 2024 Fleur Alpine. Bütün hüquqlar qorunur.