TƏRKİBİ
qarğıdalı unu* (60 %), tam taxıllı düyü unu* (20 %), tam taxıllı qarabaşaq unu* (20 %), В1 vitamini
*orqanik kənd təsərrüfatı
QİDA DƏYƏRİ
100 q məhsulda:
Enerji – 1643 kC/ 388 kkal
Yağ – 2,6 q
Doymuş yağ turşuları– 0,5 q
Karbohidratlar – 80 q
Şəkər* – 1,5 q
Lif – 2,3 q
Zülal – 10 q
Duz** – 0,02 q
Tiamin (B1 vitamini) – 1.8 mq
Natrium – 7.9 mq
*Tərkibində təbii şəkər var
** Məhsulun duz tərkibi xammalda sırf təbii natriumun olması ilə müəyyən edilir
HAZIRLANMA QAYDASI
Qidalandırma ilə bağlı tövsiyələr:
6 aydan böyük uşaqlar üçün südlü sıyığın standart hazırlanma qaydası:
1. Hər qidalanmada 100 ml südü və 100 ml suyu təzə qaynadın.
2. Təxminən 50 °C-yə qədər soyudun və bir qaba tökün.
3. 25 q (təxminən 5 xörək qaşığı) quru sıyığı tədricən əlavə edin və yaxşıca qarışdırın.
4. Lazımi qatılığı əldə etmək üçün sıyığı 1 dəqiqə gözlədin. Qidalandırmadan öncə temperaturunu yoxlayın (37 °C).
Tövsiyə: Sıyıq təzə süd əvəzinə körpə südü qarışığı və ya davam südü ilə də hazırlana bilər.
6 aydan böyük uşaqlar üçün südsüz meyvəli sıyığın standart hazırlanma qaydası:
1. Qaba 70 ml təzə qaynadılmış ilıq su tökün.
2. 2 xörək qaşığı quru sıyıq və 6-7 xörək qaşığı meyvə püresi və ya əzilmiş meyvəni tədricən əlavə edin.
3. Soyudun və qidalandırmadan öncə temperaturunu yoxlayın (37 °C).
SAXLANMA ŞƏRAİTİ
+3°C-dən +25°C-dək temperaturda və nisbi rütubəti 75 %-dən çox olmayan yerdə saxlayın. Açılmış qablaşdırmanı 2-3 həftə ərzində istifadə edin. Hər istifadədən sonra qablaşdırmanın ağzını kip bağlayın.